Thank you!
The recording will be sent to the email address you provided
Sizləri vebinara qoşulmağa dəvət edirik! Burada CyberArk platformasının PAM həllini və digər bütün növ hesablar və maşın identifikasiyalarının qorunması üçün mövcud olan kompleks həllərini müzakirə edəcəyik! Rəqəmsal sertifikatlarınız iş fəaliyyətinin dayanmasına səbəb ola və ya hücum ilə qarşılaşa bilər. Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək olduqca vacibdir. Biz CyberArk platformasının imkanlarını daha geniş kontekstdə müzakirə edəcək və yeni məhsul — CyberArk Certificate Manager (əvvəlki adı Venafi) ilə tanış edəcəyik. CyberArk Certificate Manager kibertəhlükəsizlik komandalarına, tətbiq sahiblərinə və tərtibatçılara artmaqda olan TLS identifikatorlarını effektiv idarə etməyə kömək edir. Bu həll nasazlıqların qarşısını alır, təhlükəsizliyi artırır və insan faktoru ilə əl əməliyyatlarından yaranan riskləri aradan qaldırır. Certificate Manager sizin TLS açarları və sertifikatlarınızın bütün həyat dövrünü müəyyən edir, yoxlayır və avtomatlaşdırır. Bundan əlavə, müştərilərimiz üçün təqdim etdiyimiz customer care yanaşmasından və üstünlüklərindən bəhs edəcəyik. Həmçinin, sizləri yeni regional CyberArk meneceri ilə tanış edəcəyik!
Farhad Ahmadov
Territory Manager, BAKOTECH
BAKOTECH şirkətində Territory Manager - kibertəhlükəsizlik sahəsində CyberArk həlləri üzrə ixtisaslaşır. İmtiyazlı girişlərin idarə olunması (PAM) və hesab məlumatlarının qorunması sahəsində praktiki biliklərə malikdir. Şirkətlərə effektiv informasiya təhlükəsizliyi strategiyalarının qurulmasında kömək edir.
Bohdan Osadchyi
Sales Engineer, BAKOTECH
CyberArk həlləri üzrə peşəkar məsləhətlər və texniki dəstək göstərilməsində ixtisaslaşır. Həllərin nümayişini keçirir və müştərilər üçün pilot layihələrin həyata keçirilməsində dəstək olur. Bohdan ixtisaslaşdığı sahələr üzrə yüksək dərəcəli sertifikatlara malikdir: ● PAM Defender● VSA Datacenter● VSA Cloud Administrator. Qeyd edir ki, öz işində ən çox kibertəhlükəsizlik sahəsindəki məhsulların mürəkkəbliyi onu cəlb edir – bu da müştərinin ehtiyaclarına uyğun dərin tədqiqat və fərdiləşdirmə üçün geniş imkanlar yaradır.
Vebinar qeydini əldə edin
Webinar languages: Azerbaijani and English